Instagram, Twitter və Facebook-da `Hicab mənin üçün` kampaniyasına start verildi

Hicabla bağlı yanlış fikirlərin yayılmasının qarşısını almaq üçün "Hicab mənin üçün" adlı qlobal miqyaslı bir kampaniyaya start verilib.
 
The Huffington Post qəzetinin xəbərinə əsasən, "Hicab mənin üçün" adlı kampaniya çərçivəsində, müsəlman qadınların iş yeri, məktəb və ya hər hansı bir yerdə hicabla çəkdikləri şəkillərini hijabtome# heşteqilә sosial şəbəkədə paylaşa bilirlər.
 
Bu kampaniyanın məqsədi hicab və müsəlman qadınlara qarşı qərəzli fikirlərin qarşısını almaqdır.
Instagram, Twitter və Facebook kimi sosial şəbəkələrdə başladılan bu kampaniya bütün dünyadakı müsəlman qadınların hicabın onlar üçün nə demək olduğunu bir neçə cümlədə qeyd etmələrini nəzərdə tutur. (Iqna)
 

Google+ WhatsApp ok.ru