Çin Suriya münaqişəsinin siyasi yolla həllinə çağırdı

Çin Suriya münaqişəsinin siyasi yolla həllinə çağırdı

Çin Suriyadakı böhranın Suriyanın liderliyindəki siyasi dialoq yolu ilə həlli çağırışını təkrarlayıb.

 
Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Çzyun Təhlükəsizlik Şurasının iclasında Çin də daxil olmaqla bir çox ölkənin Suriya ərazisindəki terror hücumlarından dərin narahatlıq duyduğunu söyləyərək, beynəlxalq ictimaiyyəti beynəlxalq standartlara və Təhlükəsizlik Şurasının qətnamələrə uyğun olaraq ortaq standartlar qəbul etməyə və terrororçuluqla mübarizədə əməkdaşlığı gücləndirməyə çağırıb.
 
Çjan Çzyun Suriya xalqına qarşı tətbiq olunan birtərəfli sanksiya tədbirlərinin dərhal ləğv edilməsinin və humanitar yardım məsələsini siyasiləşdirməməyin vacibliyini vurğulayaraq, beynəlxalq ictimaiyyəti Suriyaya qarşı humanitar öhdəliklərini gecikmədən və şərtlər olmadan yerinə yetirməyə səsləyib.  
 
O, Suriya hökumətinin Suriyaya yardımların artırılmasının lazım olduğuna işarə edərək, ölkə iqtisadiyyatını canlandırmaq üçün bir çox təşəbbüslə çıxış etdiyini qeyd edib. /ewstnews/

Google+ WhatsApp ok.ru