Çin və Hindistan 2 aydır davam edən sərhəd münaqişəsinə son qoyublar

Çin və Hindistan 2 aydır davam edən sərhəd münaqişəsinə son qoyublar

Çin və Hindistan 2 aydır Doklam vadisi ilə bağlı yaranmış münaqişəni dayandırmaq qərarına gəliblər.  
 
Bu barədə Hindistan Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilir ki, tərəflər sərhəd xətlərində yerləşdirilmiş qoşunların sürətlə uzaqlaşdırılması barədə razılığı gəliblər. 
 
Qərarın verilməsində gələn ayın əvvəllərində Çində keçiriləcək BRİCS (Braziliya, Rusiya, Şimali Afrika) ölkələrinin zirvə toplantısının da təsiri olub. Zirvə toplantısında Hindistanın baş naziri Narendra Modinin də iştirakı gözlənilir. 
 
Hindistan Xarici İşlər Nazirliyindən bildirilib ki, son həftələr iki ölkə Doklam yaylası məsələsi ilə bağlı diplomatik danışıqlar aparıblar.
 
Qeyd edək ki, tərəflər arasına münaqişə 2 ay öncə Çinin Doklamda yol tikmək istəməsinə Hindistanın etiraz etməsindən sonra başlayıb. Xatırladaq ki, 1967-ci ildə iki ölkə arasında müharibə baş verib. (apa) /

Google+ WhatsApp ok.ru