Iordaniyanın  su, ərzaq və dərman qadağası 30 min  Suriyalı uşağı acınacaqlı vəziyyətə salıb

Iordaniyanın su, ərzaq və dərman qadağası 30 min Suriyalı uşağı acınacaqlı vəziyyətə salıb

İordaniya hökuməti bu ölkənin şimalında Suriyalı qaçqınların düşərgəsinə  su, ərzaq və dərmanların çatdırılmasını qadağan edib,  bu səbəbdən 30 mindən çox  Suriyalı uşaq aclıq təhlükəsi ilə üzləşib.
 
Maide.Az xəbər verir ki, İŞİD terror qruplaşmasının  İordaniya sərhədçilərinə son hücumundan sonra bu ölkə Suriyalı  qaçqınların düşərgəsinə  su,yemək və dərman göndərməyi dayandırmağa qərar verib.  Bu qərar  bu düşərgədə yaşayan əksəriyyəti  qadınlar və uşaqlar olan 70 min  Suriyalı qaçqının vəziyyətini ağırlaşdırıb. 
 
İsti yay günlərində  susuzluq, ərzaq  və dərman çatışmamazlığı  Suriya qaçqınlarının vəziyyətini daha da ağırlaşdırıb. Belə ki, qaçqınlar  düşərgədə olan ağır duruma dözə bilməyir  və hətta öz ölkələrinə qayıtmağa üstünlük verirlər. 
 
Sərhədsiz Həkimlər Təşkilatı bu düşərgədəki durumu  beynəlxalq  ictimaiyyət üçün böyük məğlubiyyət adlandırıb və bu düşərgədə  aclıq durumunun getdikcə artdığını bildirib.
 
Düşərgədə beş yaşından aşağı 1300 uşaq var ki, onların 204-ü  Xroniki qida pozğunluğundan əziyyət çəkir.  Düşərgədə olan uşaqların 25 faizi  ishaldan əziyyət çəkir.  
BMT-nin  statistikasına görə,  hazırda 650 min  Suriyalı qaçqın İordaniyada yaşayır.  
 
Suriyada beş ildir ki, davam edən  müharibələrdə  400 mindən çox insan həyatını itirib. Ölkənin 23 milyonluq əhalisinin yarısı  evindən-eşiyindən didərgin düşüb.
 

Iordaniyanın su, ərzaq və dərman qadağası 30 min Suriyalı uşağı acınacaqlı vəziyyətə salıb

Google+ WhatsApp ok.ru