Iranda avtobus dərəyə aşıb, 11 nəfər həlak olub

Iranda avtobus dərəyə aşıb, 11 nəfər həlak olub

İranda Kərəcdən  Sari şəhərinə gedən sərnişin avtobusu  yerli vaxtla saat 02:00 radələrində  dərəyə aşıb. 
 
Maide.Az xəbər verir ki, avtobusun dərəyə aşması nəticəsində  11 nəfər həlak  olub, 27  nəfər yaralanıb. 
 
Yaralılar  xəstəxanaya çatdırılıb. 
 
Polisin bildirdiyinə görə, avtobusun dərəyə aşmasına səbəb əyləc sistemində yaranmış problem olub. 
 
 

Google+ WhatsApp ok.ru