Iranda əcnəbi turistlərin avtobusunun aşması nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb - YENİLƏNİB 2

Maide.az xəbər verir ki, İran televiziyasının məlumatına görə, avtobusun  sərnişinləri İraqlıdır. Avtobusun 100 metrlik dərəyə aşması nəticəsində ölənlərin sayı 26 nəfərə və yaralananların sayı isə 14 nəfərə çatıb.
 
****
Maide.az xəbər verir ki, Mazandaran əyalətinin Yol Polisinin rəisi Cəfər Məhəmmədnejad Fars agentliyinə deyib ki,  avtobusun aşması nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb. 
 
****
 
İranın Alborz əyalətindən Mazandaran əyalətinə gedən Çalus maqistral yolunda əcnəbi turistləri daşıyan sərnişin avtobusu aşıb. 
Maide.az xəbər verir ki, hadisə nəticəsində ilkin məlumata görə 10 nəfər ölüb, 13 nəfər yaralanıb. 
İranın Alborz əyalətinin Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Ehsan Nəsiri İRNA agentliyinə açıqlamasında deyib ki, avtobusun sərnişinlərin əksəriyyəti bəzi ərəb ölkələrindən olan xarici turistlərdir. “Hadisə bu gün yerli vaxtla 17:30-da Çalus maqistral yolunun Siyah Bişə bölgəsində baş verib.  Avtobusda 40 sərnişin olub”. /
 

Google+ WhatsApp ok.ru