Iranda baş verən zəlzələdə yaralananların sayı 50 nəfərə çatıb - YENİLƏNİB

11:06

İranın İlam əyalətinin başçısı Məhəmməd Murvarid deyib ki, Murmuri şəhərində baş verən zəlzələdə yaralananların sayı 50 nəfərə çatıb.

Maide.az-ın Mehr agentliyinə istinadən məlumatına görə, M.Murvarid deyib ki, zəlzələ nəticəsində ölən olmayıb. Yaralılara tibbi yardım göstərilir.

O deyib ki, Murmuri şəhərinin 8 kəndində dağıntılar qeydə alınıb. Evlərə və infrastruktura ciddi ziyan dəyib. 

 
 
09:51
İranın İlam əyalətində Rixter cədvəli üzrə 6.1 bal gücündə zəlzələ baş verib. 
 
Maide.az-ın İranın İSNA xəbər agentliyinə istinadən məlumatına görə, Tehran Universitetinin Geofizika institutu zəlzələnin bu gün səhər yerli vaxtla saat 07:02-də baş verdiyini bildirib. Yeraltı  təkanlar əhali arasında qorxuya səbəb olub.  
 
Zəlzələ İlam əyalətinin Murmuri şəhərində qeydə alınıb. Ötən axşam baş verən zəlzələdən sonra indiyədək daha 4 dəfə bu bölgədə Rixter 4.8 bal gücündə zəlzələ baş verib. 
Zəlzələ nəticəsində şəhərdə evlərlər dağılıb, su, elektrik və digər kommunikasiya sistemləri sıradan çıxıb.
Mehr agentliyinin məlumatına görə, indiyədək zəlzələ nəticəsində 40 nəfər yaralanıb.
Həlak olanlar barədə hələlik məlumat verilməyib. 
 
 

Google+ WhatsApp ok.ru