Iran S300 hava hücumundan müdafiə kompleksini nümayiş etdirdi - VİDEO

Bu gün  Tehranda Milli Ordu Günü münasibətilə keçirilmiş paradda ölkənin hərbi sahədə son uğurları nümayiş etdirilib.
Maide.az xəbər verir ki,  bu günki  paradda İran Rusiyadan alınmış S-300 havadan müdafiə sistemlərini nümayiş edib. 
İran və Rusiya arasında 2007-ci ildə imzalanmış ikitərəfli silah alqı-satqısı müqaviləsinə əsasən Rusiya tərəfindən İrana 800 mln dollar dəyərində 5 ədəd S300 raket divizionunun satılması nəzərdə tutulmuşdu.
Lakin 2010-ci ildə Rusiya birtərəfli qaydada kontraktın yerinə yetirilməsindən imtina etmişdi. İrana qarşı sanksiyalar ləğv olunduqdan sonra  iki ölkə  S300 raket  divizionunun satış  müqaviləsində dəyişiklik etdi və  Rusiya  bu kompleksi İrana təhvil verdi. 
17  Aprel  günü İranda  Milli Ordu Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Tehranda hərbi parad keçirilir.Paradda quru və hərbi-dəniz qüvvələrinin bölmələri, digər qoşun növləri, HHQ-nin aviasiyası iştirak edir.
Parad İmam Xomeyninin məqbərəsinin yaxınlığında keçirilir.
Paradın keçirilməsi ilə əlaqədar Tehranın bütün aeroportları 4 saat müddətinə bağlanıb
 

Google+ WhatsApp ok.ru