Iran və Çin ticarət dövriyyəsini 600 milyard dollara çatdıracaq

İran və Çin prezidentlərinin Tehranda baş tutan görüşünün ardınca, iki ölkə arasında əlaqələrin inkişafı məqsədi  ilə 17 sənəd imzalanıb.
 
Maide.az xəbər verir ki, bu əməkdaşlıq sənədləri İran İslam Respublikası prezidenti Həsən Ruhani və Çin Xalq Respublikası prezidenti Şi Cin Pinqin iştirakı ilə, iki ölkənin yüksək səviyyəli rəsmiləri tərəfindən imzalanıb.
Bu əməkdaşlıq sənədləri iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, İpək Yolu iqtisadi dəhlizinin gücləndirilməsi, enerji sektoru, elmi əməkdaşlıqlar, ekolotiya, sənaye, texnologiya, mədən və investisiya qoyuluşu sahələrini əhatə edir.
 
Həmçinin, rabitə və informasiya texnologiyaları, Tehran-Məşhəd sürət qatarı layihəsinin maliyyələşdirilməsi, mədəniyyət sahəsində əməkdaşlıqlar, incəsənət və təhsil, habelə, gömrük əməkdaşlıqları sahəsində əlaqələrin gücləndirilməsi üçün bir anlaşma sənədi imzalanıb.
 
İran və Çin mediaları arasında əməkdaşlıqlqarın edilməsi həmçinin, Qeşm azad sənaye və ticarət zonasında birgə əməkdaşlıqların edilməsi üzrə də bir anlaşma sənədi imzalanıb.
 
Sənədlərin imzalanmasından sonra Prezidentlər mətbuat konfransı keçirib. 
Mətbuat konfransında İran prezidenti Həsən Ruhani deyib ki, iki ölkə yaxın 10 il ərzində ticarət dövriyyəsini 600 milyard dollara çatdırmaq niyyətindədir. "Biz bu gün iki ölkə arasında əlaqələrimizin inkişafı üçün 25 illik Kompleks  sənəd hazırlamaq  və 10 il ərzində ticarət dövriyyəsini 600 milyard dollara çatdırmaq haqqında müzakirə etdik."
 
 

Google+ WhatsApp ok.ru