Iraqda IŞİD terror qruplaşmasının iki lideri öldürülüb

İraqın Tikrit və əl-Miqdadiyyə bölgələrində İŞİD terrorçu qruplaşmasının iki lideri öldürülb. Bunu  İraqda terrorizmlə xüsusi mübarizə qüvvələrinin sözçüsü Səbah əl-Noman deyib.

Maide.az-ın İraq KİV-lərinə istinadən məlumatına görə,  terrorçu qruplaşma lideri Möhsin Fərcanı Tikrit şəhərinin şimalında yerləşən Bici bölgəsində öldürüblər. Bici neftayırma zavodunu qoruyan xüsusi mübarizə qüvvələri Möhsin Fərcanı öldürüb.

Səbah Noman deyib ki, öldürülən İŞİD lideri M.Fərcan bundan öncə BƏƏS rejiminin ordusunda komandir olub.

Məlumata əsasn, əl-Miqdadiyyə bölgəsində öldürülən İŞİD liderinin adı isə  Əbuqeys əl-şeyx Səddir. 

Iraqda IŞİD terror qruplaşmasının iki lideri öldürülüb

Google+ WhatsApp ok.ru