Şirazda baş verən seldə ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB2 (VİDEO)

Şirazda baş verən seldə ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB2 (VİDEO)

Şirazda baş verən  seldə ölənlərin sayı 17 nəfərə çatıb. 
 
Maide.Az xəbər verir ki,  bunu İranın Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Pirhüseyn Kulivənd deyib.
 
O bildirib ki, sel nəticəsində 68 nəfər yaralanıb. Onlardan 38 nəfər xəstəxanada yatızdırılıb. 
 
Onun sözlərinə görə, hazırda xilasetmə işləri davam etdirilir, ölənlərin sayının artacağı ehtimal olunur. 
 
***
Şirazda baş verən  seldə ən az 11 nəfər ölüb, 35-dən çox insan yaralanıb. Maide.Az xəbər verir ki,  bunu İranın Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Pirhüseyn Kulivənd deyib.
 
Onun sözlərinə görə, hazırda xilasetmə işləri davam etdirilir, ölənlərin sayının artacağı ehtimal olunur. 
 
***
İranda sel ciddi fəsadlar törədib.
 
ONA-nın Tehran bürosunun məlumatına görə, Şirazda onlarla avtomobil sel sularının altında qalıb, bir neçə nəfər itkin düşüb.
 
Lorestan vilayətində də daşqınlar fəsadlar törədib.
 
Bildirilir ki, bir sutkada İranın 13 vilayəti güclü qar, çovğun və daşqın fəlakətləri ilə üzləşib.
 
İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib ki, bir gündə 34 şəhər və kənddə, eləcə də dağlıq ərazilərdə 1530 nəfərə yardım edilib və 200 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.
İranda yağıntıların martın 27-dək davam edəcəyi proqnozlaşdırılır.
 
Fars əyalətinin başçısı Şiraz şəhər əhalisinə müraciət edib və insanları evlərindən çölə çıxmamağa çağırıb.
 
Hələlik Şirazda baş verən seldə ölən və xəsarət alanların sayı dəqiqləşdirilməyib.
 
İranın Əndimeşk şəhər başçısı bu şəhərdə çay qırağında olan əhalini evlərini boşaltmağa çağırıb. Əhalinin ərazidən təxliyə edilməsini tezləşdirmək üçün aidiyyatı qurumlara müraciət edib.
 
Xatırladaq ki, Şirazla yanaşı, Luristan və Kermanşahda da analoji təbii fəlakət baş verib. Xuzistan, Tehran və başqa əyalətlərdə də sel təhlükəsinin yüksək olduğu bildilir.
 
 

Google+ WhatsApp ok.ru