`Çirkin hücumlara baxmayaraq İslam Respublikası öz izzətini qoruyur, gücünü dahada artırır`

`Çirkin hücumlara baxmayaraq İslam Respublikası öz izzətini qoruyur, gücünü dahada artırır`

-- Düşmən bizi özünə təhlükə bilir

Ali Rəhbər  Ayətullah Seyid Əli Xamenei  ötən gün  İran İslam Respublikasının Silahlı Qüvvələrinin yüksək çinli zabitləri ilə görüşüb. 
 
Maide.Az  “Leader.ir”  saytına istinadən xəbər verir ki,  Ayətullah Rəcəb ayında qarşıdan gələn mövlud günləri münsibətilə dünya müsəlmanlarını təbrik edib. “Rəcəb, Şəban və Ramazan aylarında olan mübarək  günlər Allahın saleh bəndələri üçün  bayramdır.  Bu bərəkətli  aylardan  daha çox mənəvi bəhrələnmək lazımdır.” 
 
Ali Rəhbər ölkə Silahlı Qüvvələrinin lazimi güc, izzət, və kifayət qədər bacarıqlı olmasını vurğulayıb. Eyni zamanda yeni kadrların yetişdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Silahlı Qüvvələrin  əsas məqsədi qarşıya qoyulmuş  vəzifələrin icrasıdır. 
 
Ayətullah Xamenei qeyd edib ki, İran İslam Respublikası hazırda özünün qüdrətli dövrünü yaşayır. “Bizə qarşı olan hücumların əsas səbəbi də günü-gündən artan gücümüzdür.Düşmən bunu özünə təhlükə hesab edir, lakin bütün çirkin hücumlara baxmayaraq İslam Sistemi öz izzətini qoruyur, gücünü dahada artırır.”
 

Google+ WhatsApp ok.ru