ISESCO 2019-cu ili “İslam Dünyasının Mədəni İrs” ili elan edib

ISESCO 2019-cu ili “İslam Dünyasının Mədəni İrs” ili elan edib

-- Qüds şəhəri 2019-cu ilin İslam mədəniyyət paytaxtı seçilib

Sudanın Xartum şəhərində “İslam dünyasında gələcəyin şəhərlərinin dayanıqlı inkişafına doğru” başlığı altında təşkil olunan  mədəniyyət nazirlərinin 10-cu İslam Konfransında  2019-cu il  “İslam Dünyasının Mədəni İrs” ili elan olunub. 
 
Maide.Az “İqna”a istinadən xəbər verir ki, noyabrın 21-23-də Sudanın Xartum şəhərində keçirilən iclasda iştirak edən ölkələr İslami ölkələrin maddi və mənəvi irsinin qorunması  üçün beynəlxalq səviyyədə qəbul edilən müqavilə və sazişlər əsasında daha güclü və keçərli addımlar atılmasının zəruriliyini vurğulayıb
İclas iştirakçıları İslami mədəniyyətin yayılması və davamlı İslami mədəniyyətin formalaşması məqsədi ilə ilə 2019-ci ili “İslam Dünyasının Mədəni İrs” ili elan edib. 
Həmçinin Fələstinin Qüds şəhəri 2019-cu ilin İslam mədəniyyət paytaxtı seçilib. 
 
İclasda iştirak edən ölkələr həmçinin  ISESCO-nun “İslam Dünyası üçün Mədəniyyət Strategiyası”nın təkmilləşdirilmiş layihəsini təsdiq edib və iştirakçı ölkələrdən tələb olunub ki, öz ölkələrinin milli və mədəni irslərinin tanıtdırılması üçün gün müəyyən etsinlər. Həmçinin vətəndaşlar və turistlərin tarixi və mədəni məkanları pulsuz ziyarət etməsi üçün şərait yaratsınlar. Bu ziyarətlər çərçivəsində milli və dini irsin qorunması barədə maarifləndirmə işləri aparılsın. 
 
Sudanın paytaxtı Xortumda keçirilən 10-cu iclasda İSESCO (İslami Təhsil, Mədəniyyət və Elm) təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin 11-ci iclasının 2019-cu ildə Tunisdə keçirilməsi haqda razılıq əldə olunub. 
 

Google+ WhatsApp ok.ru