I sinfə qəbul martın 13-dən başlayacaq

I sinfə qəbul martın 13-dən başlayacaq

Birinci sinfə elektron qəbulun əhatəsi genişləndirilib.
 
ONA-nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva deyib ki, bu il Bakı, Sumqayıt, Gəncə və Abşeronla yanaşı, Mingəçevir, Şirvan, Naftalan, Yevlax və Samux rayonlarında I sinfə qəbul elektron qaydada həyata keçirələcək.
 
Azərbaycanda I sinfə qəbulun vaxtı açıqlanıb.
 
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva deyib. O qeyd edib ki, I sinfə qəbul martın 13-dən başlayacaq.
 
İ. Abdullayeva həmçinin bildirib ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün qəbul I sinfə martın 11-dən başlanacaq: “Həmin uşaqlar üçün martın 11-dən avtomatik elektron sorğu yaradılması təmin ediləcək”.
 

 

Google+ WhatsApp ok.ru