I sinfə şagird qəbulu sabah yekunlaşır

I sinfə şagird qəbulu sabah yekunlaşır

Sentyabrın 15-də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesi başa çatır.
 
Təhsil Nazirliyindən  verilən məlumata görə, birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) sabah saat 18:00-da bağlanacaq.
 
Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.
 

Google+ WhatsApp ok.ru