I və IV qrupların abituriyentlərinin nəzərinə

I və IV qrupların abituriyentlərinin nəzərinə

-- Mayın 20-də ...

Mayın 20-də I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul  imtahanında iştirak edəcək abituriyentlərə"İmtahana buraxılış vərəqəsi" verilir. 
 
Maide.Az bildirir ki, Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.
 
Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan  abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.
 
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.
 

Google+ WhatsApp ok.ru