IV kurs tələbəsi dəm qazının qurbanı oldu

Dəm qazı daha bir gəncin həyatına son qoyub. Hadisə dünən günorta saatlarında baş verib.
 
Azərbaycan Biznes Universitetinin IV kurs tələbəsi, 23 yaşlı Bəxtiyar Qüdrət oğlu Rüstəmov Bakı şəhərində kirayə yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
 
Mərhumun cənazəsi doğulduğu Salyan rayonunun Şorsulu kəndinə gətirilərək dəfn olunub.

Google+ WhatsApp ok.ru