Jurnalisti məhkəməyə verən icra başçısı media nümayəndələri tərəfindən qınanıldı

Jurnalisti məhkəməyə verən icra başçısı media nümayəndələri tərəfindən qınanıldı

Media nümayəndələri jurnalistə qarşı təzyiqə etiraz edirlər

 

Xəbər verdiyimiz kimi, Masallı rayon icra başçısı Rafil Hüseynov Cenubnews.com-un əməkdaşı, jurnalist Mirələm Həşimovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə  ittiham edərək yenidən məhkəməyə verib. Artıq sözügedən icra başçsısı jurnalist Mirələm Həşimovu ikinci dəfədir ki, məhkəməyə verir. 

 

 Cinayət işinin açılmasına səbəb kimi isə  "Masallıda pensiya alanlar etiraz etdi, yol bağlandı" xəbəri göstərilir. Halbuki həmin xəbərdə heç bir təhqir, böhtan xarakterli fikir və ifadə yer almayıb.

 

İcra başçısı Rafil Hüseynovun jurnalistə qarşı ikinci dəfə belə bir addım atmasını ölkənin media nümayəndərləri etirtazla qarşılayıblar.

 

Kənan Rövşənoğlu: “Media həmrəy olaraq Mirələm Həşimovun, yəni Masallıda yeganə tənqidçi medianın susdurulmasına mane olmalıdır”

 

Image result for Kənan RövşənoğluMaide.Az xəbər verir ki, “İslaminSesi”nə açıqlama verən “Yeni Müsavat” qəzetinin yazarı Kənan Rövşənoğlubildirdi ki, tənqidçi medianı susdurmaq üçün məmurların jurnalistləri məhkəməyə verməsi yeni hadisə deyil.

 

Kənan Rövşənoğlu onu da qeyd etdi ki, məmurlar üzərlərinə düşən işi görmək, çatışmazlığı aradan qladırmaq əvəzinə ən rahat yolu, tənqidçi medianı susdurmaq, məhkəmə yolu ilə cərimələtmək, cəzalandırmaqda görürlər:

 

“Əksər hallarda da buna nail olurlar, çünki məhkəmələr bir qayda olaraq jurnalistin deyil, məmurların tərəfində olur, qərarlar ədalətsiz verilir. Bu məsələdə ölkə üzrə vəziyyət təxminənn eyni olsa da, Bakı ilə müqayisədə rayonlarda durum çox pisdir. Çünki məmurlar rayonlarda özlərini padşah kimi aparırlar. Bu məsələdə medianın həmrəy olması, Mirələm Həşimovun, yəni həm də Masallıda yeganə tənqidçi medianın susdurulmasına qarşı çıxması vacibdir . Əks halda medianınn tənqid sərhədləri tamamilə qapanacaq. Çünki icra hakimiyyətləri kiçik məmurlardır, onlara da tənqid yasağı olarsa, artıq digər sahələrdən tənqidi yazmaq mümkün olmayacaq.”

 

Ramin Bayramov: “Mirələm Həşimovun Masallıdan hazırladığı xəbərdə ümumiyyətlə  icra başçısı ilə əlaqəli heç bir şey görmədim”

 

İslamAzeri.az saytının baş redaktoru Ramin Bayramov isə açıqlaması zamanı, jurnalistlərə qarşı atılan bu cür addımları pislədiyini söylədi:

 Image result for ramin bayramov

Şəhərdəki məmurların rayon və bölgədəki məmurlardan daha çox dözümlü olduqlarını söyləyən Ramin Bayramov fikirlərini belə əsaslandırıb: “Məsələn sosial şəbəkələrdə jurnalistlərdən birinin məmurların villalarını çəkib paylaşması və onların bu villaları hansı pula alması ilə bağlı cəmiyyətdə neqativ  rəy yaratması, adları çəkilən şəxslər tərəfindən səbrlə qarşılandı.  Lakin rayonlarda bu fərqlidir”.   Məmurlar dözümsüz olurlar. Mirələm Həşimovun Masallıdan hazırladığı xəbərdə isə ümumiyyətlə  icra başçısı ilə əlaqəli heç bir şey görmədim, bankomatdakı növbə və yolun bağlanması xəbəri sırf sosial xarakterlidir. Burada  təhqirdən söz gedə bilməz. Məhkəmənin də bu xəbərdə təhqir olmadığını təsdiqləyəcəyini ümid etsəm də, Bakıdan yuxarı instansiyalar tərəfindən bu məsələyə müdaxilə olunmasının tərəfdarıyam. Çünki, bu cür hallar insan haqları təşkilatlarının hesabatlarına düşür və ölkədə söz azadlığının boğulması faktları kimi qeydiyyata alınır.  Beləcə ölkəmiz  söz azadlıqları boğulan dövlətlər siyahısında ön yerlərdə qərar tutur. Bunu istəməyən məmurlar belə  halların qarşısını bir zənglə ala bilərlər.”

 

Xalid Ağaliyev: “Jurnalist ictimai önəmli bir informasiyanı öz media orqanında yaymaq hüququna malikdir”

 

Media Hüquqları İnstitutunun koordinatoru Xalid Ağaliyev də jurnalistə qarşı olan təzyiqə münasibət bildirdi. Xalid Ağaliyev qeyd edib ki, demokratik ölkələrdə ümumiyyətlə  böhtanla bağlı məmurlar məhkəməyə müraciət etmirlər: “ Məsələn Ukraynada məmurların böhtanla bağlı jurnalistləri məhkəməyə verməsinə qadağa qoyulub.  Konkret olaraq Azərbaycanda xeyli vaxt idi məmurlar jurnalistləri məhkəməyə verməkdən çəkinirdilər və bu kimi hallar azalmışdı. Amma görünür ki, əvvəlki tendensiya  yenidən bərba olunur”.  Image result for xalid agaliyev

 

Media Hüquqları İnstitutunun koordinatoru bildirib ki, jurnalist ictimai önəmli bir informasiyanı öz media orqanında yaymaq hüququna malikdir. Jurnalistin vəzifəsi də məzh bundan ibarətdir: “Bunun qarşılığında məmurun məhkəməyə müraciət etməsi təəssüf doğuran haldır. Həm nəzərə alaq ki, jurnalistin yaydığı informasiya, ölkənin bir çox müstəqil media orqanlarında yayımlanıb. Buna görə də, məhkəmə ədalətli keçərsə Mirələm Həşimovun hər hansı bir cəza alacağını düşünmürəm”.

 

Elçin Həsənli: “Mirələmi məhkəməyə vermək özü qanun pozuntusudur”

 

“Eastnews.org” saytının baş redaktoru Elçin Həsənli jurnalist həmkarı ilə bağlı baş verənlərə görə narahat olduğunu söylədi:

 

Ölkədə öz konstitusion hüququ əsasında vəzifəsini həyata keçirən media əməkdaşına qarşı belə halların müşahidə edilməsinin heç də ürəkaçan mənzərə olmadığını söyləyən Elçin Həsənli, ”əvvəla icra nümayəndəliyi ona aid olmayan bir məsələ üzrə Mirələmi məhkəməyə verib. Yəni, həmkarımızın pensiyasını ala bilməyənlərin yolu bağlayıb aksiya keçirməsini çəkməsinin icra orqanına heç bir aididyyatı yoxdur. İkincisi də jurnalist Ədliyyə Nazirliyindən qeydiyyat keçmiş sənədlər əsasında rəsmi media nümayəndəsi kimi çəkiliş aparıb. Belə çıxır ki, məlum çəkilişə görə Mirələmi məhkəməyə vermək özü qanun pozuntusudur”, - deyə bildirdi:


“İcra Hakimiyyətinə gəldikdə isə mənə elə gəlir onlar nəzarət etdiyi ərazilərdə baş verən problemləri işıqlandıran jurnalist görmək istəmirlər. Çünki məsələlər media vasitəsilə işıqlandırılır və ictimailəşir, hər hansı ictimailəşən problem isə onların qismən də olsa narahatlıqlarına səbəb olur. Bir neçə belə problem üst-üstə gəldikdən sonra, zamanla əyləşdikləri kreslodan qalxmaq ehtimalları yaranır. Mənə elə gəlir ki, onları qorxudan da elə budur və buna görə Mirələmin üstünə "xox" gəlirlər. Başqa  ölkələrdə media nümayəndələri işıqlandırır, hökumət dərhal tədbir görüb çarə qılır. Bizdə isə problemləri işıqlandıran media nümayəndəsini qaranlıqla hədələyirlər.”

 

Xəyal Şükür: “Nə vaxtdan sosial etirazları çəkib işıqlandırmaq təhqir və böhtan atmaq hesab edilir?”

 

İslamınSesi saytının baş redaktoru Xəyal Şükür isə açıqlaması zamanı bildirdi ki, Mirələm Həşimovla bağlı baş verənlər əslində söz azadlığının boğulması kimi xarakterizə edilməlidir. 

 

 Cinayət işinin açılmasına tələb kimi göstərilən xəbərin, icra başçısı tərəfindən jurnalistin məhkəməyə verildiyi maddə ilə heç bir uyğunluğu olmadığını söyləyən Xəyal Şükür, "xəbər “Masallıda pensiya alanlar etiraz etdi, yol bağlandı" xəbəridir. Halbuki həmin xəbər də heç bir təhqir, böhtan xarakterli fikir yer almayıb”, - deyə bildirdi:

 

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma hallarına şamil edilir. Nə vaxtdan sosial etirazları çəkib işıqlandırmaq təhqir və böhtan atmaq hesab edilir? Görünən budur ki, yarıtmaz idarəçilik nəticəsində pensiyaçılarla bağlı baş verən olayın mediada işıqlandırılmasından sonra, sözügedən icra başçısı bərk danlaq eşidib. İndi də problemləri həll etmək əvəzinə, hirsini jurnalistdən çıxmaq istəyir. Ümid edirəm ki, həmkarımız Mirələm Həşimovla bağlı məhkəmə ədalətli qərar çıxaracaq və söz azadlığına qarşı yönələn bu basqı aradan qaldırılacaq.” 

Google+ WhatsApp ok.ru