Jurnalistin işi Avropa Məhkəməsində

Jurnalistin işi Avropa Məhkəməsində

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Hüseynov Rafil İsrafil oğlu "Cenubnews" internet portalının baş redaktoru və jurnalisti Mirələm Həşimova qarşı Masallı rayon Məhkəməsində şərəf, ləyaqət və işgüzar nüfuza ləkə gətirən böhtan xarakterli məlumatların təkzib edilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair əsassız iddia ərizəsi ilə müraciət etmişdir.
 
İddiaçı 06.03.2015, 06.04.2015 və 22.06.2015-ci il tarixli məqalələrlə, eləcə də oxşar xarakterli məqalələri yaymaqla onun şəxsi həyatına və iş fəaliyyətinə mənfi təsir göstərir; qeyd olunan məlumatlar düzgün olmamaqla onun nüfuzuna ictimaiyyət arasında kölgə salır; qeyd olunanlar nəticəsində iddiaçı mənəvi sarsıntılar keçirir.
İddiaçı buna görə də 06.03.2015, 06.04.2015 və 22.06.2015-ci il tarixli məqalələrdə yayılmış informasiyalara görə ərizəçiin ondan üzr istəyərək həmin məqalələrə təkzib verilməsini və onun hüquqlarının pozulması nəticəsində dəymiş mənəvi zərərə görə ərizəçidən 5000 manat məbləğində pul vəsaitinin və iddianın qaldırılmasına görə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini rayon məhkəməsindən tələb etdi. 01 dekabr 2015-ci il tarixdə rayon məhkəməsi 2(050)-2658/2015 saylı qətnaməsi ilə iddianı qismən təmin etdi. Rayon məhkəməsi 06.03.2015, 06.04.2015 və 22.06.2015-ci il tarixli məqalələrə görə üzr istəməklə təkzib vermə vəzifəsini ərizəçiyə həvalə etdi və dəymiş mənəvi ziyana görə 2000 manatın və 30 manat dövlət rüsumunun ərizəçidən tutulmasını qət et etmişdir. Həmin qətnamə apellyasiya məhkəməsi tərəfindən mənəvi zərər hissəsi 500 manata endirilməklə dəyişdirilmədən saxlanılmış, sonuncu qətnamə Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Məhkəmələrdə sübut olundu ki, iddia tələblərində göstərilən hallar tamamilə əsassızdır, lakin ölkə reallığında məhkəmələr sifarişli qərarlar verdi.
 
Jurnalistin vəkili Cavad Cavadov bildirmişdir ki: “biz sona qədər inanırdıq ki, Ali Məhkəmə bu qətnaməni ləğv edəcək, hətta mən çıxışımda onlara müraciət edib bu işin Avropa Məhkəməsinə getməsinə imkan verilməməsini və ədalətin bu zalda bərpa olunmasını istədiyimizi bildirdim. Lakin görünür hakimlər bu məsuliyyəti anlamaq istəmir. Ölkə daxili vasitələri tükəndirdkdən sonra Avropa Məhkəməsinə müraciət etdik və artıq ərizəmiz qeydiyyata qəbul olunaraq, iş nömrəsi verilib. Əminəm ki, müəyyən müddətdən sonra bu iş üzrə qərar qəbul olunub və Konvenisiyanın pozuntusu tanınıb, ölkəmiz cərimə olunacaq. Biz bunu istəməzdik, amma görünür məmurlar və hakimlər bunu şuurlu şəkildə arzu edir”. 
 
 
 

Google+ WhatsApp ok.ru