Jurnalistin növbəti məhkəmə prosesi mayın 11-də keçiriləcək

Jurnalistin növbəti məhkəmə prosesi mayın 11-də keçiriləcək

-- Məhbus jurnalist prosesdə özünü pis hiss etdiyindən...

Aprelin 4-də Cəlilabad Rayon Məhkəməsində jurnalist Əfqan Sadıqov növbəti məhkəmə prosesi keçirilib.
 
Proses başlayan kimi Cəlilabad Rayon Məhkəməsinin hakim Qalib Paşayev qarşı tərəfin vəklinin vəsatəti əsasında prosesin qapalı keçiriləcəyini elan edib. Bundan sonra Əfqan Sadıqovun valideynləri ilə yanaşı digər şəxslər də zaldan çıxarılıb.
 
Ardınca vəkil Elçin Sadıqov rayonun keçmiş icra başçısı Əziz Əzizovun prosesə gəlib ifadə verməsi üçün vəsatət qaldırıb.
 
Ancaq vəsatət qəbul olunmayıb. 
 
Məhbus jurnalist prosesdə özünü pis hiss etdiyindən məhkəmə mayın 11-nə saat 12:00 kimi təxirə salınıb. 
 
 “Azel.tv” saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı ilin noyabrın 22-də saxlanıb. Ona CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.
 
İttiham Cəlilabad Rayon İcra Hakimiyyətinin xanım işçilərindən biri ilə bağlı idi. İddia edilirdi ki, ötən ilin avqustunda jurnalistlə həmin xanım arasında insident baş verib. Jurnalistin xanıma yönəlik xuliqanlıq əməlinə yol verdiyi, ona xəsarət yetirdiyi iddia olunur.
 
Məhkəmə prosesi zamanı jurnalist və onun müdafiəçiləri ittihamın qurama olduğunu açıqlamışdılar. Məhkəmə prosesi zamanı insidentin baş verdiyi icra hakimiyyəti binasındakı müşahidə kameralarının görüntüləri də istənilmişdi. Ancaq məhkəmə bunu təmin etməmişdi.
 
Cəlilabad Rayon Məhkəməsi ittihamı təsdiqləmiş, yanvarın 12-də Ə.Sadıqovu 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Ə.Sadıqovun adı hüquq müdafiəçilərinin tərtib etdiyi “siyasi məhbus” siyahısına daxil edilib.(meydan.tv)
 
 

Google+ WhatsApp ok.ru