Jurnalistin telefonunu erməni deputat oğurlayıbmış

İki gün qabaq Ermənistan Milli Məclisində jurnalistlərdən birinin telefonu itib. Bu barədə İrəvanda nəşr olunan “Qraparak” qəzeti yazıb. 
 
Qəzetin yazdığına görə, jurnalist telefonunu iclas zalında qoyub və iki dəqiqəliyə aralanıb. Geri dönəndə telefonun artıq itdiyini görüb. O, telefonuna başqa telefonla zəng etmək istəyib. Amma telefon bağlı olub. “Bu isə o deməkdir ki, kimsə telefonu götürüb və geri qaytarmaq istəmir”,- deyə qəzetdə bildirilir. 
 
Jurnalist parlamentin təhlükəsizlik xidmətinə müraciət edib. O, oğrunun müşahidə kameralarının vasitəsi ilə aşkarlanmasını istəyib. Sən demə, parlamentinin həmin hissəsində kameralar quraşdırılmayıb. 
 
Təhlükəsizlik xidməti həmin dəqiqələrdə içəridə olan deputatları yoxlamağı da qeyri-mümkün sayıb. Amma jurnalist telefonunun məhz deputatlar tərəfindən oğurlandığını iddia edir. 

Google+ WhatsApp ok.ru