Jurnalistlər məhkəmə qarşısında aksiya keçirdilər

Ağır Cinayətlərə dair Məhkəmədə mərhum fotoreportyor Rasim Əliyevin ölümündə günahlandırılanların prosesinə jurnalistlərin buraxılmaması etirazla qarşılanıb. Media nümayəndələri hakimin qərarına etiraz olaraq piket keçiriblər. Jurnalistlər "Həkimlər cəzalandırılsın!", "Həkimlər işə cəlb edilsin!", "Jurnalist ölümlərinə son!" şüarları olan plakatlar və Rasim Əliyevin şəkillərini qaldırıblar.
 
Ancaq mülki geyimli polislər onlara hücum edərək plakatları və Rasim Əliyevin şəkillərini cırıb zibil yeşiyinə atıblar. 

Google+ WhatsApp ok.ru