Jurnalist Natiq İsbatov 30 sutka həbs cəzası aldı

Jurnalist Natiq İsbatov 30 sutka həbs cəzası aldı

"Karrupsiyaya Yox De!" səhifəsinin və "7gun.az" xəbər saytının əməkdaşı Natiq İsbatov 9 aprel günorta saat 13:00 radələridə çəkiliş edərkən Abşeron Rayonu Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Maide.Az Vetenugrunda.az-a istinadla xəbər verir ki,  o, 9 aprel tarixində Abşeron Rayon Məşğuluq Mərkəzinin qarşında evində ac olduğunu deyən və hökumətin təyin etdiyi 190 manatlıq müavinəti almaq üçün toplaşan vətəndaşların aksiyasını çəkdiyi zaman Abşeron Rayon Polis idarəsinin işçiləri tərəfindən həbs edilib. Abşeron Rayon Məhkəməsi bu gün Natiq İsbatov haqqında 30 sutka həbs qərarı verib. 
 
Qeyd edək ki, 211-ci maddə ilə ölkədə karantin elan edildiyi gündən bəri artıq 6 nəfər cəzalandırılıb. Lakin bu gündən başlayaraq 211-ci maddəyə 535.1 də əlavə ediblər. Bu isə "epidemiya əlehinə karantin qaydalarını pozduğuna görə saxlanılıb, saxlanılarkən polisin qanuni tələbinə tabe olmayıb" ittihamıdır. Yeni yaradılan maddə ilə ilk həbs edilən isə jurnalist Natiq İsbatov oldu. Ərzaidə çəkliş aparan digər jurnalistlər iddia edir ki, Natiq İsbatov saxlanılarkən polisə təslim olub və müqavimət göstərməyib.

Google+ WhatsApp ok.ru