Jurnalist Rasim Əliyev dəfn edilir: Yaxınları gecədən onları hər şeyin yaxşı olacağına inandırdıqlarını deyir

Rasim Əliyevin cəsədi məsciddə yuyulduqdan sonra evlərinə gətirlib. Ərazi polisi jurnalistin babasını sorğu-sual üçün aparıb. Ora yığışan jurnalistlərə isə çəkiliş aparmağa icazə verməyib. Səbayel prokurorluğunun əməkdaşları da ora gəlib.

 

Həkimlər deyirdilər yaxşı olacaq

 

“Axşam həkimlər ümidverici danışırdılar. Deyirdilər ki, yaxşıdır, UZİ, rentgen etmişik, içəridə bir şey yoxdurdüzələr deyirdilər”.

 

Rasim Əliyevi babası deyib ki, həkimlər əvvəl onlara ümid versələr də sonradan jurnalistin vəziyyəti pisləşib: “Get-gedə vəziyyəti pisləşdi, əməliyyat etdilər. Sonra da dedilər ki, içəridəki orqanlarının çox zədəlidir, sağalan deyil. Həkim gəlib mənə dedi ki, vəziyyəti çox ağırdır, ağ ciyəri vurulub, partlayıb. Nəfəs ala bilmir. Dedi ümid yoxdur. İki saat sonra gəldi dedi ki, gözləməyin, xəstə vəfat etdi. Bu səhərə yaxın 5-də olub”.

 
Qeyd edək ki, Həkimlər xəstənin daxili qanaxma nəticəsində dünyasını dəyişdiyini bildiriblər
 
Ötən gün döyüldüyü üçün xəstəxanaya yerləşdirilən jurnalist Rasim Əliyev orda dünyasını dəyişib.
 
Qeyd edək ki, R. Əliyev ötən gün bir qrup şəxs tərəfindən döyülüb. O, onu döyənlərin futbolçu Cavid Hüseynovun qohumları olduğunu iddia edib. Buna səbəb kimi “facebook” sosial şəbəkəsində C. Hüseynovla bağlı yazdıqlarını göstərib.
 
R. Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş əməkdaşı olub. 
 
" Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır”.
 
Bunu APA-ya açıqlamasında Azərbaycanın Prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
 
Ə. Həsənov bildirib ki, Ann.az saytının əmkdaşı Rasim Əliyevin vəfatə ilə bağlı məsələlər Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır.
 
Ə. Həsnov qeyd edib ki, hadisənin baş vermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məslələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
 
“Bununla yanaşı, aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edir və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik” deyə, Prezidentin köməkçisi vurğulayıb. /
 

 

Google+ WhatsApp ok.ru