Jurnalist Səudiyyə rejiminə: ‘İmam Hüseynin (ə) xidmətçilərindən öyrənin!’

Jurnalist Səudiyyə rejiminə: ‘İmam Hüseynin (ə) xidmətçilərindən öyrənin!’

Ərəbistanda yaşayan ərəb yazıçı və ictimai fəal İmam Hüseynin (ə) şəhadətinin 40-cı ildönümündə təəccübünü qeyd edərək, Səudiyyə rejiminin rəsmilərinə Əba Abdullah Əl-Hüseynin (ə) xidmətçilərindən qonaqpərvərlik öyrənmələrini söyləyib.
 
 Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, İmam Hüseynin (ə) Ərbəin mərasimi ilə həcc ziyarətinin keçirilmə qaydası arasında bir müqayisə aparan yazar, Səudiyyə rejiminin rəhbərliyinə müraciət edib: “İmam Hüseynin (ə) xidmətçilərindən ibrət alın!”
 
Neda Əl-Saif yazısının əvvəlində bu iki mərasimin keçirilmə tərzinin müqayisə oluna bilməyəcəyini qeyd edərək belə yazıb: “Fərq Kərbəlanı cənnətə və Gülüstana çevirən İmam Hüseynin (ə) xuddamları ilə Allah evini bir qətliam yerinə və qırğın yerinə çevirənlər və Allahın Müqəddəs Evinin zəvvarlarını kranlar, Səudiyyə rejiminin vəliəhdi Məhəmməd bin Salmanın hücumları ilə öldürənlər arasındadır.
 
Həqiqətən məni bu məqaləni yazmağa vadar edən şey, iki mərasimi və onların necə keçirildiyini müqayisə etməyin şoku idi: Kərbəla zəvvarlarının gördükləri maddi və mənəvi bəxşişlərlə Allah evinin zəvvarları üçün ölkəmizdəki zülm və sitəmin müqayisəsi.
 
Kərbəla zəvvarı ilə Məkkə zəvvarının gördükləri arasındakı fərq böyükdür və müqayisə etməyə ehtiyac yoxdur. Birincisində insanlar sizə pulsuz xidmət etmələrini xahiş edirlər, ancaq ikincisi, yemək, ev və nəqliyyatın bahalaşmaması üçün dua etməlisiniz.
 
Məkkədə Beytullah zəvvarı Minaya tərəf hərəkət edərkən, haldan düşmüş bir insan ölsə, yolu davam etdirməkdən başqa çarəsi qalmır, ancaq Kərbəla yolunda yüzlərlə çadır və xidmət alaylarında görürsən ki, zəvvarları qarşılamaq və onlara xidmət göstərmək üçün bir-birləri ilə yarışırlar.
 

Google+ WhatsApp ok.ru