Jurnalist Xədicə İsmayılovanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə müraciət olunub

“Baş bayraqdar” ləqəbli Elman Həsənov jurnalist Xədicə İsmayılovanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə müraciət edib.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, “Azadlıq Radiosunun” əməkdaşı, jurnalist İsmayılova Xədicə Rövşən qızı yalan olduğunu bilə-bilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) keçmiş üzvü, “Elman Türkoğlu” və “Baş Bayraqdar” ləqəbləri ilə tanınan Həsənov Elman Həsən oğlunun guya Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabiti ilə gizlin əməkdaşlığa cəlb olunması, narkotik maddələrdən istifadə etməsi və 4 nəfər qeyri-ənənəvi seksual orientasiyaya malik şəxslərlə cinsi əlaqədə olması barədə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları, habelə onu Şəki rayon sakini Niftalıyeva Leyla Adil qızını zorlamasına dair ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayması ilə əlaqədar E.Həsənov X.İsmayılovanın Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi ittiham qaydasında Binəqədi rayon məhkəməsinə müraciət edib. /

Google+ WhatsApp ok.ru