Jurnal yəhudiləri təhqir etmə ittihamı ilə bağlandı

Bu karikaturaya görə jurnal bağladıldı
İslamazeri.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, Avstraliya Mətbuat Şurası yəhudiləri təhqir etmə ittihamı ilə "Sydney Morning Herald" jurnalının nəşrinə qadağa qoyub.
Səbəb isə şəkildəki karikaturadır. Karikaturada İsrailin Qəzzaya hücumu əks olunub. Başında yəhudi papağı olan uzun burunlu şəxs əlindəki idarəetmə pultu ilə Qəzzanı bombalayır.

Avstraliya Mətbuat Şurası sözü gedən karikaturada kreslonun arxasındakı yəhudi simvolunu və yuxarıdakı təsvirləri yəhudilərə təhqir hesab edərək jurnalın nəşrinə qadağa qoyub. /

Google+ WhatsApp ok.ru