Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi azalıb

Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi azalıb

-- 10 santimetr

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 130-230, Lənkəran-Astara bölgəsi çaylarında 100-140, Naxçıvan Muxtar Respublikası çaylarında isə 160 faizini təşkil edir.
 
Maide.Az "Azərtac"a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, fevralın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 187 kubmetr olmaqla ongünlük normanın 109 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 138 kubmetr olmaqla ongünlük normanın 81 faizini təşkil edib.
 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 47,5 kubmetr olmaqla ongünlük normanın 67 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 58 kubmetr təşkil edərək ongünlük normanın 82 faizinə bərabər olub.
 
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 6, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr azalma qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
 
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 343 (2017-ci il fevralın 12-də 472 sm), Şirvanda 217 (2017-ci il fevralın 12-də 321 sm), Salyanda 169 (2017-ci il fevralın 12-də 315 sm), Bankədə 185 (2017-ci il fevralın 12-də 241 sm), Araz çayının Novruzlu məntəqəsində isə 85 santimetr (2017-ci il fevralın 12-də 189 sm) təşkil edir.

Google+ WhatsApp ok.ru