Kəmaləddin Heydərovun oğlu bəyanat yaydı

 Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydəroun rəhbərlik etdiyi “The European Azerbaijan Society (TEAS) ( Avropa Azərbaycan Cəmiyyəti) ” iyulun 16-da bəyanat yayıb. Musavat.com xəbər verir ki, bəyanatda Dilqəm Əhmədov və Şahbaz Quliyev adlı iki kəlbəcərlinin Kəlbəcər rayonunda - işğal altındakı dədə-baba torpağında ermənilər tərəfindən əsir götürülməsindən bəhs edilir.
 
Bəyanat Avropa Azərbaycan Cəmiyyətinə 2013-cü ildə direktor təyin olunmuş  Lionel Zetterin adından yayılıb. Bir neçə kitabın müəllifi olan bu şəxs rəsmən Taleh Heydərovun tabeliyində fəaliyyət göstərir. Jurnalist və lobbiçilik üzrə mütəxəsis kimi tanınır.
 
2008-ci ildən fəaliyyətdə olan Cəmiyyət  bir neçə Avropa ölkəsində ofislərə malikdir. Lakin qeyd etməliyik ki, xəbərə çevirdiyimiz bəyanatı yayımlayan  sayt da xüsusi nüfuzu ilə seçilən bir orqan deyil. Bu sayt  fəaliyyəti barədə yazır ki, biz irili-xırdalı şirkətlərin "press release" ni yaymaqla məşğuluq.
 
Əlbəttə, proseslərin indiki səviyyəsində bu cür bəyanat pis deyil. Tale Heydərovun Azərbaycanın çıxarlarına yönəlik bir sıra addımları təqdir oluna bilər. Lakin onun hədəflənən kütlələrə və instansiyalara çatdırılması da önəmli məsələdir .

 

Google+ WhatsApp ok.ru