Kəbədə gecə ibadəti (VİDEO)

Otel tapa bilməyən zəvvarlar Kəbə ətrafında yatırlar

Məkkənin demək olar ki, ən müqəddəs yerlərindən sayılan Kəbəyə müsəlmanların axını davam edir. Otel tapa bilməyən zəvvarlar Kəbənin ətrafındakı yerlərdə yatmaqla günlərini keçirirlər. 
 
ANS TV-nin Məkkədəki müxbirinin verdiyi məlumata görə, Kəbənin dörd bir yanında eyni vəziyyətlə rastlaşmaq mümkündür. Kimisi gecəni ibadət edərək, kimisi də yataraq keçirir. Amma yatanların yuxusuna haram qatanlarda az deyil. Kəbənin ətrafını təmizləyən işçilər gecə vaxtı yatanları bir neçə dəfə yuxudan oyatmaq məcburiyyətində qalır. 
 
Burda həm də gecəni gündüzdən seçmək çətindir. İşıqlandırılma o qədər dəqiqliklə qurulub ki, Kəbə ətrafında gecənin bir aləmi günün-günorta vaxtı olduğunu düşünmək belə mümkündür. Bir neçə ildir Kəbənin genişləndirilməsi üçün aparılan təmir işləri isə Həcc ziyarəti ilə əlaqədar müvəqqəti dayandırılıb. 
 
Kəbənin ətrafında ucaldılan və müsəlmanların rahat təvav etməsi üçün hesablanan xüsusi dövrlərdən başqa zəvvarlar üçün daha bir imkan mövcuddur. Əgər hər hansısa bir zəvvar təvav etməkdə çətinlik çəkirsə bu zaman xüsusi arabalarla xidmət göstərən şəxslərə müraciət edə bilər. Bunun üçün zəvvar 100-150 dollar xidmət haqqı ödəməlidir. 

Google+ WhatsApp ok.ru