Kərbəla şəhərini Aşura günü 25000 əsgər qoruyacaq

On minlərlə İraq əsgəri İmam Hüseynin (ə) şəhidlik il dönümü Tasua və Aşura günlərində ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün müqəddəs Kərbəla şəhərinə göndərildilər.
 
Maide.az xəbər verir ki, Kərbəlanın təhlükəsizliyi 25 min nəfərlik əsgərlər təmin ediləcək.
 
İraq Cənub Bölgələri əməliyyat komandiri Osman əl-Qanimi mövzuyla əlaqədar verdiyi açıqlamada Kərbəlanın təhlükəsizliyinin təmin edilməsində xalq könüllü güclərinin də onlara köməkçi olacağını, müxtəlif bölgələrdə nəzarət nöqtələri yaradıldığını və məqsədin hər hansı mənfi bir terror hücumunun əvvəlcədən təyin olunaraq zərərsizləşdirilməsi olduğunu söyləyib.

Google+ WhatsApp ok.ru