Kərbəlada 60 ölkədən ziyarətçi

Şəhidlər ağası İmam Hüseynə (ə) olan eşq, hər il milyonlarla insanı müqəddəs Kərbəlaya toplayır. Bu il isə ilk dəfə olaraq dünyanın 60 ölkəsindən aşiqlər eşqin vədəgahında görüşüblər.
Maide.az-ın "Əl-Aləm"  kanalının internet saytına istinadən məlumatına görə, hər an təhlükə ilə üz-üzə olmaqlarına baxmyaraq dünyanın 60 ölkəsindən olan İmam Hüseyn (ə) aşiqləri Ərbəin (qırx) günü üçün özlərini Kərbəlaya çatdırıblar.
Qadın, uşaq, qoca və cavanlar onları gözləyən təhlükəyə əhəmiyyət vermədən piyada yola düşüb və özlərini Kərbəlaya çatdırmaqdadırlar.
Onlar bu axşam və sabah səhər məşuqları ilə buluşma nöqtəsində görüşəcəklər. Axşamın bu saatların necə də gözəl anlar yaşanmaqdadır və sabah da yaşanacaq.
Keçən il Kərbəlaya dünyanın 30 ölkəsindən ziyarətçi gəldiyi halda bu il bütün təhlükələrə rəğmən bu rəqəm iki dəfə çoxalıb.
Dünyanın hər yerindən, o cümlədən Qafqaz və Orta Asiya ölkələri, Rusiya, Azərbaycan, Ukrayn, Gürcüstan, Türkiyə, Pakistan, Əfqanıstan, Hindistan, Çin, Banqladeş, Afirka, Komor, Əlcəzair, Tanzaniya, Sinqapur, Yenizenlandiya və s... bu il Ərbəin mərasimində iştirak edənlər var. 
Bu il Ərbəin mərasimində iştirak edənlər sayı 20 milyona qədər təxmin olunur ki, bunun 1 miyon 500 min nəfəri təkcə İrandandır.
Xəbərə görə 75 min nəfər  müxtəlif yollarda Kərbəlaya gedən ziyarətçilərə xidmət  göstərir.
İraq nazirliyi ziyarətçiləri daşımaq üçün 3 min avtobus, 4 qatar və 100 təyyarə ayırıb. Bu 100 təyyarəni bəzi şiə varlıları bu iş üçün icarə ediblər. /

Google+ WhatsApp ok.ru