Kərbəlada təhlükəsizliyi təmin etmək üçün İrandan İraqa 2000 əsgər gedib

İraq Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin bir üzvü İrandan  İraqa müqəddəs yerlərin ziyarət mərasiminin təhlükəsizliyini təmin etmək üçün 2000 İnqilabi Qvardiyası əsgəri göndərildiyini açıqlayıb.
 
Maide.az xəbər verir ki, mənbə, əsgərlərin İraqa iki gün əvvəl əl-Şib sərhəd qapısından girdiyini bildirib. O, əsgərlərin Kərbəlaya girdiklərini, əvvəlcədən hazırlanan plana görə ziyarət mərasiminin təhlükəsizliyi üçün ziyarətçilərin yollarında olduqlarını açıqlayıb.
 
Kərbəla valisinin müavini isə 10 min iranlı könüllünün səfər zamanı vilayətin təhlükəsizliyi üçün ölkəyə giriş etdiklərini vurğulayıb. Könüllülərin Kərbəla bələdiyyə idarəsilə ilə əməkdaşlıq çərçivəsində işlərinə başladıqları bildirilir.

Google+ WhatsApp ok.ru