Kərbəlanın qubernatoru: `Kərbəla şəhəri zəvvarları qarşılamağa tam hazırdır`

Kərbəla şəhərinin qubernatorunun birinci müavini Casim Qətlavi bildirib ki, Muhərrrəm ayının yaxınlaşması ilə Kərbəlaya gələcək zəvvarların rahatlığını təmin etmək üçün bütün işlər görülüb.
 
Muhərrəm ayının ilk ongünlüyü və Aşura günündə zəvvarların müqəddəs məkanları rahat şəkildə ziyarət edə bilməsi üçün xüsusi sxem hazırlanıb.
 
Qubernatorun sözlərinə görə, artıq qonaqların yerləşdirilməsi üçün mehmanxana və Hüseyniyyələr də hazır vəziyyətə gətirilib. Nəqliyyat sxeminin hazırlanması isə artıq yekunlaşmaq üzrədir.
 
Qeyd edək ki, bu il Muhərrəm ayında zəvvarların təhlükəsizliyini təmin etmək üçün 25 min hərbçi səfərbər edilib. Minlərlə könüllü isə hərəmlərdə zəvvarlara xidmət edəcək.(Deyerler.org)

Google+ WhatsApp ok.ru