Kərbəlada “Nuruz-Zəhra (s.ə)” adlı Quran təlim kursları başa çatıb

Kərbəlada Həzrət Abbas (ə) hərəmində təşkil olunan “Nuruz-Zəhran (s.ə)” adlı Quran tilavəti və təcvidi üzrə kurslar başa çatıb. 
 
Maide.az xəbər verir ki, bu kurslar  Həzrət Abbas (ə) ziyarətgahının Quran və İslami Maarif işlər üzrə idarəsinin təşəbbüsü ilə bir ay öncə başlamışdı. 
 
Kursda Həzrət Abbas (ə) hərəminin xidmətçiləri və bir sıra digər insanlar iştirak ediblər. 
 
Kurs artıq onbeşinci dövrdir ki, təşkil olunur. Kursun keçirilməsindən məqsəd ziyarətgah xidmətçiləri və Quran öyrənmək istəyənlərini Quranın tilavəti, hifzi və təcvid və təfsiri ilə tanış etməkdir. /
 

Google+ WhatsApp ok.ru