Kəbənin ətrafına quraşdırılan iki mərtəbəli halqa sökülür

Kəbənin ətrafında iki mərtəbəli poladdan quraşdırılan halqanın  söküntüsünə bu gündən  başlanılıb. 
 
Maide.az xəbər verir ki, müvəqqəti təvaf sahəsinin sökülməsi işləri  Məscidül-Haramda  təvaf  eyvanının  genişləndirilməsi layihəsinin başa çatması ilə əlaqələndirilib. 
 
Bildirilib ki, artıq eyni vaxtda 107 min  zəvvar  Kəbə ətrafındakı  eyvanda  təvaf edə bilər. 
 
Müvəqqəti təvaf  sahəsinin  söküntü işləri  Ramazan ayından öncə başa çatdırılması planlaşdırılır. 
 
Qeyd edək ki, müvəqqəti təvaf  sahəsi  2013-cü ildə Kəbə ətrafına quraşdırılmışdı./
 
 
 

Google+ WhatsApp ok.ru