Kəbəyə gedən Hicaz dəmir yolu (1900-1908) bərpa ediləcək

1900-1908-ci illərdə Dəməşqlə Mədinə arasında inşa edilən Hicaz dəmir yolu yenidən bərpa ediləcəyi bildirilib.

Deyerler.org xəbər verir ki, İordaniya Hicaz Dəmir Yolu İdarəsinin baş direktoru Salah Əl-Luzi Anadoluya müsahibəsində belə bir açıqlama ilə çıxış edib. O, Hicaz dəmir yolunun məqsədin müqəddəs torpaqlara gedən zəvvarların yolunu qısaltmaq olduğunu bildirib: "Hicaz Yaxın Şərqdəki ən qədim dəmir yoludur. Hələ də istifadə edilir. Suriyaya edilən səfərlər isə son hadisələrə görə, dayandırılıb".

Kəbəyə gedən Hicaz dəmir yolu (1900-1908) bərpa ediləcək

Luzi hazırda müxtəlif məqsədlərlə istifadə edilən 9 qatarın olduğunu və gələn il əlavə 3 qatarın da xəttə istifadəyə buraxılacağını başlayacaqlarını bildirib. O, Türkiyə baş naziri Əhməd Davudoğlunun mart ayının sonundakı İordaniyaya səfərində Hicaz Dəmir Yolunun bərpasına dair müqavilə imzalandığını xatırladıb: "Razılaşma 3 əsas hissədən ibarətdir. Birinci hissə dəmir yolunun tarixinə və inşasına dair rəsmlərlə stansiyalarda istifadə edilən bəzi alətlərin toplandığı 3 min kvadrat metrlik və 3 milyon avro dəyərində muzeyin açılması, ikinci hissədə isə Osmanlıdan qalan 9 binanın bərpa edilməsi nəzərdə tutulub. Son hissədə Türkiyənin Hicaz Dəmir Yolu Müəssisəsinə 150 min avro dəyərində avadanlıq hədiyyə etməsi planlaşdırılıb".(Deyerler.org)

 

 

 

 

Google+ WhatsApp ok.ru