Kərbəla və Nəcəfdə zəvvarlar üçün mərkəzləşdirilmiş aşpazxanalar tikilir

 
Kərbəla və digər müqəddəs ziyarətgahlarda zəvvarların qalması və yeməyi üçün lazimi şərait yaradılır. 
 
Maide.Az xəbər verir ki,  İranın  həcc və ziyarət təşkilatının  idarə rəsisi  Möhsin Nəzafəti  deyib ki, hazırda Kərbəlada zəvvarların qida durumunun yaxşılaşdırılması məqsədi ilə  mərkəzləşdirilmiş aşpazxana  tikilir.
 
M.Nəzarəti deyib ki, altı ay öncədə  Nəcəf şəhərində mərkəzləşdirilmiş aşpazxananın təməlqoyma mərasimi olub və hazırda işlər aparılır. Ümid edirəm bu aşpazxanaların istifadəyə verilməsi isə  zəvvarların yemək və qida ilə təmini şəraiti daha da yaxşılaşacaq. 
 
M.Nəzarəti deyib ki,  həmçinin xeyriyyəçi insanların və özəl şirkətlərin yardımı ilə Kərbəla, Nəcəf və Kazimeyndə zəvvarların yerləşdirilməsi üçün yeni hotel və mehmanxanalar tikilir. 
 
Onun sözlərinə görə,  tibbi xidmətlərlə bağlı da  İranın Qırmızı Aypara Cəmiyyəti Kərbəlada və digər müqəddəs ziyarətgahlar olan şəhərlərdə  xidmətini genişləndirib.  
 
Qeyd edək ki, İran və İraq rəsmiləri müqəddəs məkanlarda zəvvarların rahatlığını, təhlükəsizliyini və sağlamlığını təmin etmək üçün birgə məsləhətləşmələr və iş aparırlar. 

Google+ WhatsApp ok.ru