Kəşmirdə  polis və etirazçılar arasındakı qarşıdurmada 20 nəfər həyatını itirib

Kəşmirdə polis və etirazçılar arasındakı qarşıdurmada 20 nəfər həyatını itirib

Kəşmirdə tanınmış siyasətçinin öldürülməsinin ardınca başlayan qarşıdurmalarda ölənlərin sayı 20 nəfərə çatıb.
 
Maide.Az  xəbər verir ki,Hindistanın  Camo və Kəşmir əyaləti polisi elan edib ki, bazar günü polis və  etirazçılar arasında baş verən qarşıdurmada 5 etirazçı və 1 polis  ölüb.
 
Hindistanın Kəşmir bölgəsində cümə günü axşamdan başlayan  geniş miqyaslı etiraz aksiyasında polislə baş vermiş qarşıdurmalarda 200 –dən çox insan yaralanıb. 
 
Cümə  günü Hüzbul-Mücahid  qrupun 22 yaşlı rəhbəri  Borhan Vani təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində ölüb. Onun ölümündən sonra Kəşmir bölgəsində geniş miqyaslı etiraz aksiyası başlayıb.
 
Kəşmir əhalisi Vanini qəhrəman kimi dəfn edib və onun dəfn mərasimində minlərlə insan iştirak edib.
 
Camo və Kəşmir əyalətinin polis rəisi Racenda Kumar  deyib ki,  qarşıdurmalarda 100-ə yaxın polis  nəfəri yaralanıb və 3  əsgər isə itgin düşüb. 
 
Etirazçılar polis binasını ələ keçirib və  bir neçə polis avtomobilini yandırıb. 
 

Google+ WhatsApp ok.ru