Kərbəlada 3 milyon zəvvar

Kərbəlada 3 milyon zəvvar

Aşura günü üçün təhlükəsizlik tədbirləri artırılıb

Müqəddəs Kərbəla şəhərində Tasua və Aşura günü ilə əlaqədar minlərlə İmam Hüseyn (ə) zəvvarının can təhlükəsizliyini qorumaq üçün tədbirlər artırılıb. 
 
Madie.Az xəbər verir ki, Kərbəla şəhərinin polis rəisi bildirib ki, bizim yerli və federal polis qüvvələrimiz Kərbəla ətrafında şəhərin təhlükəsizliyini təmin edirlər. Könüllülərdən ibarət Həşdu Şəəb birlikləridə Kərbəlanın qərbində təhlükəsizlik tədbirləri görürlər. 
 
Təhlükəsizlik tədbirlərinə görə  şəhərə köhnə maşınların daxil olması qadağan edilib. 
 
O əlavə edib ki, bir neçə gündür ki,  Kərbəla şəhərinə insanların axın etməsinə baxmayaraq hələ ki, heç bir xoşagəlməz hadisə baş verməyib. 
 
Kərbəla şəhərinin küçələri və xiyabanları xüsusi ilə Beynəlhərəmeyn adlanan İmam Hüseyn (ə) və Həzrət Əbəlfəzl Abbas (ə) müqəddəs mərqədlərin yerləşən küçədə iraqlılarla birlikdə ərəb və qeyri ərəb millətləri cəmləşib. 
 
Kərbəla şəhərindəki təhlükəsizlik tədbirləri yanaşı paytaxt Bağdad da təhlükəsizlik tədbirləri artırılıb. Bağdad küçələrində hər il heyətlər Aşura əzadarlığı keçirirlər. 
 
Bundan əvvəlki Aşura tədbirlərində İŞİD terror qruplaşması törədilən qanlı terror hadisələrini öz üzərinə götürmüşdü. 
 
Kərbəla şəhərinin qubernatorunun müavini bildirib ki, Kərbəlada olan zəvvarların sayı 3 milyon nəfər olub. İki gün öncə 250 min zəvvar Kərbəla şəhərinə daxil olub.
 

Google+ WhatsApp ok.ru