Kənd təsərrüfatı ilə məşğul olan şəxslərin 15 yaşlı ailə üzvünə görə məcburi sığorta haqqı tutulacaq

Kənd təsərrüfatı ilə məşğul olan şəxslərin 15 yaşlı ailə üzvünə görə məcburi sığorta haqqı tutulacaq

Bu aydan başlayaraq Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin 15 yaşlı ailə üzvünə görə məcburi dövlət sığorta haqqı alınacaq.
 
Verilən məlumata görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının qərarı ilə “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nda edilmiş dəyişikliklərdə əksini tapıb.
 
Oktyabrın 15-də qüvvəyə minən dəyişikliyə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin (hüquqi şəxs yaradanlardan,  ailə kəndli  təsərrüfatı üzvlərindən başqa) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının torpaqların 1-ci keyfiyyət qrupu üzrə 12 faizi, torpaqların 2-ci keyfiyyət qrupu üzrə 8 faizi, torpaqların 3-cü keyfiyyət qrupu üzrə 4 faizi, torpaqların 4-cü keyfiyyət qrupu üzrə 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəniləcək.
 
Əmək qabiliyyətli şəxslər dedikdə, I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” qanunun müəyyən edilmiş yaş həddinədək (62 yaşına çatmış kişilər və 57 yaşına çatmış qadınlar) olan şəxslər başa düşülür.
 
Qeyd edək ki, bu sahədə məcburi sosial sığorta haqqına dair müddəa “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 15 aprel tarixli qanunda əksini tapıb. (apa) /

Google+ WhatsApp ok.ru