Kəşmirdə dörd aylıq fasilədən sonra cümə namazı qılınıb

Kəşmirdə dörd aylıq fasilədən sonra cümə namazı qılınıb

İyul ayından bu yana Hindistan hökuməti tərəfindən cümə namazının qadağan edildiyi Kəşmirdə dünən təkrar cümə namazı qılınıb.
 
Kəşmirdə dörd aydan sonra təkrar cümə namazı qılınıb
 
Maide.Az məlumat verir ki, Kəşmirin Srinagar şəhərində yaşayan müsəlmanlar üçün çox böyük əhəmiyyətə malik olan Jamia (Camə) məscidi dörd aydan sonra dünən təkrar cümə namazı üçün yenidən açılıb.
 
Verilən məlumata görə bununla əlaqədar qoşun əsgərləri tərəfindən məscidin ətrafında təhlükəsizlik tədbirləri görülüb.
 
Qeyd edək ki, Cammu və Kəşmirdə, təhlükəsizlik gücləriylə müstəqillik tərəfdarları arasında 8 İyulda çıxan qarşıdurma səbəbi ilə 19 həftədir bölgə xalqının camaat namazı qılmasına icazə verməmək istiqamətində Jamia məscidi bağlanılmışdı. (iqna) /

Google+ WhatsApp ok.ru