Kərbəlada beynəlxalq hava limanı tikilir – 2 ilə istifadəyə veriləcək -FOTO

Kərbəlada beynəlxalq hava limanı tikilir – 2 ilə istifadəyə veriləcək -FOTO

İmam Hüseynin (ə) hərəminin idarə rəhbəri ilə Britaniyanın “Cooper Jess” şirkətinin nümayəndəsi Kərbəlada beynəlxalq hava limanının tikintisinə dair müqavilə imzalayıb. 

Maide.Az xəbər verir ki, imzalanmış müqaviləyə əsasən beynəlxalq hava limanının tikintisi tezliklə başlayacaq və 2 il müddətinə başa çataraq istifadəyə veriləcək. 
 
Britaniyalı şirkətin nümayəndəsi deyib ki, Kərbəlada beynəlxalq hava limanının tikintisinə yaxın 10 gün ərzində start veriləcək. 
 
Qeyd edək ki, bu hava limanında eniş zolağının uzunluğu 4 kilometr yarım olacaq. Kərbəla beynəlxalq hava limanı ildə 15-20 milyon zəvvara xidmət göstərəcək.

 

Google+ WhatsApp ok.ru