Kəbənin örtüyü 3 metr yuxarı qaldırılacaq

Kəbənin örtüyü 3 metr yuxarı qaldırılacaq

Məscidi-Haram İşləri Rəhbərliyi Həcc mövsümünün başlanması ilə əlaqədar olaraq hər il olduğu kimi Zilqədə ayının ortalarından Kəbə örtüyünü 3 metr yuxarı qaldıraraq Həcc hazırlıqlarına başlayacağnıı bildirib. 
 
Maide.Az “İqna”-a istinadən xəbər verir ki, Kəbə Örtüyü fabrikinin baş direktoru Məhəmməd Bacudə məsələ ilə bağlı danışarkən bunun örtüyün təmiz və sağlam saxlanılması məqsədi ilə edildiyini bildirib. 
 
Bir çox insanın Kəbə örtüyünə toxunmaq və bəzilərinin örtükdən təbərrük məqsədi ilə bir parça kəsmək istədiyini qeyd edən M.Bacudə bu halların qarşısını almaq məqsədilə Kəbə örtüyünün yuxarı qaldırıldığını və Kəbənin həmin hissəsinin 47 metrlik ağ parça ilə örtüləcəyini bildirib. / 

Google+ WhatsApp ok.ru