Kərbəla zəvvarlarının nəzərinə - Yeni gömrük keçid məntəqəsi açıldı

Kərbəla zəvvarlarının nəzərinə - Yeni gömrük keçid məntəqəsi açıldı

İran və İraq tarixin ən böyük toplantısının bu ilin Ərbəin mərasimində baş tutmasını planlaşdırırlar
 
İraq Daxili İşlər Naziri Qasim əl-Ərəcinin Tehrana səfəri çərçivəsində İran Daxili İşlər Naziri Əbdürrəhman Fəzli arasında iki ölkə sərhədlərində və gömrük və nəqliyyat zəminində memorondum imzalanıb.
 
Anlaşmaya əsasən tərəflər Ərbəin mərasimi zamanı zəvvarların daha rahat get-gəlini təmin etmək üçün əlavə tədbirlər görəcək və Kermanşahın Qəsr-Şirin bölgəsində olan Xosrəvi gömrük keçid məntəqəsini də ilk dəfə olaraq zəvvarların üzünə açacaqlar.
 
Xatırladaq ki ötən ilin Ərbəin mərasimində Azərbaycan-İran, İran-İraq və sair gömrük keçid məntəqələrində izdihamlar yaşanıb, bəzən zəvvarlarlar sutkalarla yolda qalıb. İran və İraq tərəfləri cari ildə sabiq problemlərin olmayacağı vədini veriblər.(islaminsesi)

Google+ WhatsApp ok.ru