Kəbənin örtüyü dəyişdirildi - VIDEO

Kəbənin örtüyü dəyişdirildi - VIDEO

Bu gün səhər təqribən 2 milyon zəvvarın Ərəfata çıxdığı Ərəfə günündə Kəbənin örtüyü dəyişdirilib.
 
Maide.Az xəbər verir ki,  Kəbənin yeni örtüyü  xalis ipəkdən toxunub və 14 metr hündürlüyündədir. 
 
Qeyd edək ki, köhnə örtük alınaraq, eyni vaxtda təzə örtüyün çəkilməsi saatlarla zaman alır. Kəbə örtüyünün hazırlanması üçün təxminən 600 kiloqramdan çox xalis ipəkdən, 120 kiloqramdan çox gümüş və qızıldan istifadə edilir. Dəyişdirilən köhnə örtük isə "zəmzəm" suyuyla yuduqdan sonra muzeylərdə nümayiş etdirməsi üçün İslam ölkələrinə göndərilir. Gümüş və qızıl istifadə edilərək hazırlanan Kəbə örtüyündə  Qurani-kərimdən ayələr yer alır. (al-alam)
 

Google+ WhatsApp ok.ru