Kərbəla zəvvarlarına xoş xəbər: Bəsrə- Kərbəla sərnişin qatar xətti açılır

Kərbəla zəvvarlarına xoş xəbər: Bəsrə- Kərbəla sərnişin qatar xətti açılır

İmam Hüseyn (ə) və Həzrət Əbəlfəzl Abbasın (ə) ziyarətinə getmək istəyən  zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məqsədilə  tezliklə İraqın cənubundan mərkəzinə (Bəsrə şəhərindən Kərbəla şəhərinə) sərnişin qatarı xətti açılacaq.
 
Maide.Az xəbər verir ki,  bunu İraqın Dəmir Yolları İdarəsi açıqlayıb.
 
Bəsrə və Kərbəla arasında sərnişin qatarı həftədə 2 dəfə hərəkət edəcək. Belə ki, qatar həftənin  çərşənbə günü yerli vaxtla 22:00-da Bəsrədən Kərbəlaya hərəkət edəcək və  həftənin şənbə günü isə saat 22:00-da geri dönəcək. 
 
Bəsrə və Kərbəla arasında sərnişin qatar biletinin qiyməti 7- 25 min dinar  (5-22 dolar) təşkil edəcək. 
 
Zəvvarlara xidməti podratçı şirkət həyata keçirəcək. Zəvvarları  Kərbəla stansiyasından İmam Hüseyn (ə) və Həzrət Əbulfəzl Abbasın (ə) hərəminə daşımaq üçün avtobuslar xidmət göstərəcək. 
 
Qeyd edək ki, İraqın Dəmir Yolları İdarə rəisi artıq sərnişin qatarının açılması ilə bağlı lazimi göstərişi verib.

Google+ WhatsApp ok.ru