Kərbəlada İmam Səccadın (ə) sirəsi haqqında qısa hekayə yarışması keçiriliib

Kərbəlada İmam Səccadın (ə) sirəsi haqqında qısa hekayə yarışması keçiriliib

Kərbəlada ilk dəfə olaraq “İmam Səccadın (ə) sirəsi haqqında qısa hekayə yazma” yarışmasında  İraq daxilindən və digər ölkələrdən 50  tədqiqatçı iştirak edib. 
 
Maide.Az xəbər verir ki,  İmam Səccadın (ə) hüquq risaləsi ilə bağlı  gənc yazarları qısa hekayələr yazmağa təşviq etmək məqsədi ilə keçirilən yarışmaya İraq,  Misir, Suriya,  Bəhreyn, Səudiyyə Ərəbistan və digər ölkələrdən yazarlar qatılıb. 
 
Qeyd edək ki,  yarışma  “Təratil Səccadiyyə” beynəlxalq dini-mədəni  festivalı çərçivəsində baş tutub.  Festival artıq 4 ildir ki,  İmam Zeynəl-Abidinin (ə)  şəxsiyyətini və o həzrətin hüquq risaləsini araşdırmaq məqsədi ilə Kərbəla şəhərində təşkil olunur.

Google+ WhatsApp ok.ru