Kərbəlada “Həzrət  Zeynəbə (s.ə) yardım” adlı konfrans keçirilib

Kərbəlada “Həzrət Zeynəbə (s.ə) yardım” adlı konfrans keçirilib

Kərbəlada İmam Hüseynin (ə) hərəmində din alimləri və araşdırmaçıların iştirakı ilə o həzrətin hərəminin dəstəyi və təşəbbüsü ilə  “Həzrət Zeynəbə (s.ə) yardım” adlı konfrans  keçirilib. 
 
Maide.Az xəbər verir ki,  Kərbəla hadisəsində həzrət Zeynəbin (s.ə)  böyük öhdəliyi və mövqeyinin araşdırılması və bəyanı ilə bağlı keçirilən konfransda  Həzrət Zeynəbin (s.ə) əsir olduğu halda Yəzidin sarayındakı xütbəsi və digər çıxışları müzakirə olunub.  
 
Konfransda o böyük xanımın həyatı, keçdiyi yolun  haqq carçıları və haqq yolunun davamçıları üçün nümunə olduğu vurğulanıb.  
 
Qeyd edək ki, hər il Ərbəin yürüşünün başlanması ərəfəsində bu konfrans keçirilir. Konfransda iştirak edən din alimlərinə  Ərbəin mərasiminin diri saxlanılması istiqamətində tövsiyələr olunur.

Google+ WhatsApp ok.ru