Kərbəla, Nəcəf və Samirranın 150 il öncə çəkilən fotolarının sərgisi keçirilir - FOTO

Kərbəla, Nəcəf və Samirranın 150 il öncə çəkilən fotolarının sərgisi keçirilir - FOTO

-- Sərgi noyabr ayının 15-dək davam edəcək

Nasirəddin şah Qacar 150 il öncə  Nəcəf, Kərbəla və Samirra şəhərlərinə səfər edib. Şahın xüsusi fotoqrafı bu müqəddəs şəhərlərdə yerləşən  bütün məqbərə, məscid və digər müqəddəs məkanlardan  fotolar çəkib.  
 
Maide.Az “İSNA” agentliyinə istinadən  xəbər verir ki, həmin fotolar  Tehranda  Gülüstan sarayında keçirilən “Mükaşifə və Tamaşa” adlı sərgidə nümayiş olunur.
 
Bundan başqa sərgidə tanınmış alamaniyalı fotoqrafın da Kərbəla, Nəcəf və Samirra şəhərlərindən 110 il öncə çəkdiyi fotolar nümayiş olunur.
 
Bu gün açılışı olan sərgi  noyabr ayının 15-dək davam edəcək. 
 
Maide.Az olaraq həmin sərgidə Kərbəla, Nəcəf və Samirradan nümayiş olunacaq bir neçə fotonu təqdim edirik:
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru